Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan iyunun 4-də, son iki həftə ərzində dördüncü dəfə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
ABŞ səfirliyi bildirib ki, "Gürcü arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili səfir Robin Danniqan ilə görüşdən imtina edib.
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimat verilib.
Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyunun 3-də "Fox News"a müsahibəsində deyib ki, Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu müharibənin daha da gərginləşməsi riskini artırıb.
Rusiya Baş Prokurorluğu "British Council"ı "arzuolunmaz təşkilat" elan edib.
Muay-Tay Federasiyasının mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan sədri, doqquzqat dünya çempionu Araz Musayev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin həbsini istəyib.
Mayın 12-si səhər saatlarında Londonun şimal-qərb rayonlarından birində yerləşən evin giriş qapısında baş vermiş yanğınla bağlı yanğınsöndürənlər çağırışa cavab veriblər. Yanğın kiçik olub və ön qapıya cüzi ziyan vurub. Yalnız bir məqam istisna olmaqla hadisə görünüşcə diqqət çəkməyib.
Ukraynanın hərbi zabiti bildirib ki, Rusiya qüvvələri Moskvanın Ukrayna-Rusiya sərhədi boyunca bufer zona yaratmaq istəyi ilə əlaqədar növbəti ilədək davam edəcək irimiqyaslı hücumlara hazırlaşır.
ABŞ prezidenti Donald Tramp iyunun 4-də birinci prezidentlik müddətində tətbiq etdiyi səyahət qadağasını yenidən qüvvəyə mindirən sərəncam imzalayıb.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bu gün telefon danışığı aparıb.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 15-dən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.
Davamı